Yaponiya parlamentinin iki deputatı həbs edilib

Yaponiya parlamentinin iki deputatı həbs edilib

Vakıf Katılım

Yaponiya parlamentinin iki deputatı seçkilər zamanı səslərin alınmasında şübhəli qismində həbs olunaraq, istintaqa cəlb ediliblər.

Bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, parlamentin aşağı palatasının üzvü, sabiq Ədliyyə naziri Kavai Katsuyuki və onun həyat yoldaşı, yuxarı palatanın üzvü Kavai Anri seçkilər haqda qanunu pozduqlarına görə iyunun 18-də həbs ediliblər.

İstintaqın məlumatına görə, cütlük ötən ilin iyununda parlamentin yuxarı palatasına keçirilən seçkilər zamanı Hiroşima prefekturasında Kavai Anrinin yuxarı palataya namizədliyinin təsdiqinə kömək məqsədilə səslərin toplanması üçün yerli parlamentin 100 üzvünə təqribən 233 min dollar paylayıblar.

Bildirilir ki, Kavai Katsuki özü şəxsən yerli qanunvericilərə 224 min dollar nağd pul verib. Onun həyat yoldaşı isə təqribən 10 min dolların verilməsində təqsirli bilinir.

Yayılan digər məlumatlara görə, Kavailər cütlüyü iyunun 17-də hakim Liberal Demokratik Partiyanı tərk etmələri barədə ərizə ilə müraciət ediblər.

Bununla yanaşı, cütlüyün qeyri-qanuni heç bir iş görmədiklərini və deputatlıqdan getmək fikrində olmadıqlarını dedikləri də bildirilir.

Hibya Xəbər Agentliyi