Koronavirusla mübarizə ilə bağlı Beynəlxalq Valyuta Fondu (BVF) Qırğızıstana 121 milyon dollar həcmində yardım ayırıb.
Frame.az Qırğızıstan mətbuatına istinadla xəbər verir ki, BVF-nin kredit dəstəyi ölkə iqtisadiyyatının möhkəmlənməsinə böyük kömək göstərəcək.
BVF-nin icraçı direktoru Kristalina Georgiyeva mətbuata açıqlamasında bildirib ki, COVID-19 koronavirusu Qırğızıstan iqtisadiyyatına böyük zərbə vurub və ödəmə tarazlığı pozulub. Ölkə bundan əlavə səhiyyə sahəsində ehtiyat maliyyə mənbələrindən istifadə etmək imkanı qazanacaq.
Hibya Xəbər Agentliyi