Sloveniyada COVID-19 epidemiyasının sona çatdığı elan olunub

Sloveniyada COVID-19 epidemiyasının sona çatdığı elan olunub

Vakıf Katılım

Sloveniya hökumətinin telefonla keçirilən iclası zamanı ölkədə COVID-19 epidemiyasının sona çatdığı elan edilib.

Xbr.az xarici KİV-lərə istinadla xəbər verir ki, Nazirlər Kabineti buna əsas olaraq infeksiyanın yayılma göstəricilərinin aşağı düşdüyünü göstərib.

Sloveniya İctimai Sağlamlıq İnstitutunun son məlumatına görə, pandemiyanın əvvəlindən bəri 66 mindən çox test aparılıb, ümumilikdə 1465 yoluxma halı aşkarlanıb, 103 nəfər həyatını itirib. Son günlər ərzində cəmi bir nəfərdə koronavirus diaqnozu təsdiqlənib.

Hökumət Avstriya, İtaliya və Macarıstanla sərhədlərin açılmasının mümkünlüyü, habelə müdafiə tədbirlərinə əməl olunması şərti ilə aeroportların işinin bərpa edilməsi barədə qərar qəbul edib. Mayın 18-dən ölkədə bütün ticarət obyektlərinin, kafe və restoranların, otellərin açılması planlaşdırılır.

Hibya Xəbər Agentliyi