Heydər Əliyev bütün dünyada tanınan fenomen şəxslərdən biri olub

Heydər Əliyev bütün dünyada tanınan fenomen şəxslərdən biri olub

Vakıf Katılım

"2012-ci ildə İtaliyada keçirilən beynəlxalq tədbirdə Azərbaycanı təmsil edirdim. Həmin tədbirdə 20- dən çox ölkənin nümayəndələri iştirak edirdi. İştirakçıların demək olar ki, çox hissəsi Azərbaycanı Heydər Əliyev ölkəsi  kimi tanıyırdı". Xbr.az xəbər verir ki, bu fikirləri "İlham Əliyev Könüllüləri" İctimai Hərəkatının təsisçisi Teymur Əliyev səsləndirib. O, bildirib ki, hətta Rusiyadan olan nümayəndə heyəti də açıq şəkildə bir məqamı etiraf edib: "Rusiya nümayəndə heyətinin üzvü mənə dedi ki, Rusiyada istənilən rəhbər şəxsin kabinetində Heydər Əliyevin həyatı haqqında kitab var. Həmin gündən etibarən bir daha əmin oldum ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev bütün dünyada tanınan fenomen şəxslərdən biri olub. İdealogiya başqa şeydi, dövlət başqa".

Teymur Əliyev deyib ki, 15 iyun 1993-cü ilə qədər Azərbaycan xəyallar əsasında idarə olunduğu üçün parçalanıb məhv olmaq üzrə idi: "Ancaq xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı xəyallar əsasında deyil, düşünülmüş və məqsədyönlü şəkildə idarə etməyə başladı. Ulu Öndərin apardığı islahatlar onu göstərdi ki, bu günkü müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Müstəqilliyi qoruyub saxlamaq çətin məsələdi. Bu gün dünyaya baxdıqda görürük ki, bir çox ölkələrdə müharibə, terror hadisələri, özbaşnalıq höküm sürməkdədir. Ancaq möhtərəm prezident, Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevin apardığı uğurlu siyasət bir daha onu göstərir ki, Azərbaycan artıq dünya miqyaslı bir respublikaya çevrilib. Fürsətdən istifadə edib Azərbaycan xalqını 15 iyun Milli Qurtuluş günü münasibəti ilə təbrik edirəm".

Hibya Xəbər Agentliyi