İsmayıllıda şəhid əsgərimizin xatirəsi ehtiramla anılır

İsmayıllıda şəhid əsgərimizin xatirəsi ehtiramla anılır

Vakıf Katılım

İsmayıllıdakı Heydər Əliyev Mərkəzinin əməkdaşları və Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin kollektivi kiçik qruplarla karantin rejiminin tələblərinə əməl edərək Balik kənd qəbiristanlığına gələrək şəhid Xəyyam Daşdəmirovun məzarını ziyarət ediblər.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Aysu Nəcəfli bildirib ki, idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin kollektivləri razılaşdırılan qrafiklə erməni təxribatının qurbanı olan, yenicə torpağa tapşırılan şəhidimizə öz hörmət və ehtiramlarını bildiriblər.

Xatırladaq ki, iyulun 12-dә Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən ağır yaralanan X.Daşdәmirov həkimlərin səyinə baxmayaraq şəhid olub. O, 2002-ci ildә İsmayıllının Balik kәndindә dünyaya gәlib. Hәrbi xidmәtә 2020-ci ilin aprel ayında çağırılıb.

Allah şәhidlәrimizә rәhmәt elәsin!

Hibya Xəbər Agentliyi